Azərbaycanın maraq göstərdiyi “Qrom” operativ-taktiki raketləri: işlər yekunlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

Azərbaycanın maraq göstərdiyi “Qrom” operativ-taktiki raketləri: işlər yekunlaşır

Azərbaycanın maraq göstərdiyi “Qrom” operativ-taktiki raketləri: işlər yekunlaşır

Ukraynanın “Cənub” Konstruktor Bürosu “Qrom” operativ-taktiki raketləri üzərində işləri başa çatdırmaq üzrədir.

Virtualaz.org xəbər verir ki, bu barədə konstruktor bürosunun baş konstruktoru Aleksandr Deqtyarov “Ukrinform”a bildirib. Onun sözlərinə görə, “Qrom” raketinin iki versiyası üzərində iş gedir. Bunlardan birinin radiosu 250, digərinin radiusu 450 kilometr olacaq. Deqtyarovun dediyinə görə, onlar habelə 150 km mənzilli yüksək dəqiqlikli qanadlı raketlər və iki Hava Hücumundan Müdafiə sistemi üzərində də işləyirlər.

Gözlənilir ki, bu il ərzində “Qrom” raketlərinin sınaqları başlayacaq. Bu raketlərə maraq ona görə böyükdür ki, onlar Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin analoqu kimi nəzərdə tutulur. “Qrom” raketlərinin planlaşdırılan taktiki-texniki göstəricilərinə görə o, kvaziballistik trayektoriya ilə hərəkət edəcək və beləliklə də radarlardan yayınacaq, 500 kiloqrama yaxın döyüş başlığı daşıyacaq.

Azərbaycanın maraq göstərdiyi “Qrom” operativ-taktiki raketləri: işlər yekunlaşır


Ukrayna sovet dövründə güclü raket sənayesinə malik olub. Lakin SSRİ-nin dağılmasından sonra bu sahədə tənəzzül yaşanıb və müəssisələr sıradan çıxıb. Krımın Rusiya tərəfindən ilhaqından və Donbasda müharibənin başlamasından sonra Ukrayna öz hərbi sənayesini dirçəltməyə çalışır. O cümlədən yüksək dəqiqlikli operativ-taktiki raketlər üzərində işləyir. “Qrom” raketləri də onlardan biridir. Hansı ki, bu raketlərə Azərbaycanın da maraq göstərdiyi məlumdur. Azərbaycan “Qrom” raketlərini Rusiyanın Ermənistana verdiyi “İsgəndər”lərə cavab olaraq nəzərdən keçirir. Bu, silahlı qüvvələrin yaxın və orta mənzilli ballistik raketlər, habelə operativ-taktiki raketlərlə təchizatına dair strategiyanın bir hissəsidir. Artıq məlum olduğu kimi Bakı bu istiqamətdə bir neçə ölkə ilə işləməkdədir.

Azərbaycanın maraq göstərdiyi “Qrom” operativ-taktiki raketləri: işlər yekunlaşır


“Qrom” raketləri üzərində işi tamamlamaq üçün “Cənub” Konstruktor Bürosu məlumatlara görə Səudiyyə Ərəbistanından maliyyə alıb, lakin Azərbaycanın da bu raketin işlənib hazırlanması üçün həmin müəssisə ilə əməkdaşlıq etdiyi barədə məlumatlar var. Hərbi ekspertlərə görə, “Qrom” raketlərinin sınaqları başa çatandan sonra Azərbaycan onu sifariş verə biləcək ilk müştərilərdən biri ola bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *