Xızıda hərbi hissə ətrafında 100-dən çox hərbi sursat aşkar edilib
Nəticə etibarilə 260 400 kv.m ərazi yoxlanılıb
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan “Report”a verilən məlumata görə, yanvarın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 ədəd partlamamış hərbi sursat (PHS), 338 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 244 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 260 400 kv.m (26.04 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 109 gün ərzində 24 443 ədəd partlamamış hərbi sursat (PHS), 16 399 ədəd partlamış-yanmış sursat qalıqları və 93 027 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 77 780 069 kv.m (7 778 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Mənbə:> Report