Ordumuzun düşmənə endirdiyi zərbənin miqyası – VİDEO
Ermənistan ordusunun işğal altında saxladığı Xocavənd rayonu istiqamətindəki uzunmüddətli müdafiə sisteminə daxil olan mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahının vurulması anlarının videosunda maraqlı məqamlar var.
Aznews.info milli.az-a istinadən bildirir ki, Azərbaycan ordusunun cavab zərbəsinin endirilməsindən cəmi 6 saniyə əvvəl qərargahın önündəki yola “Ural-4320 0912 40A1” markalı hərbi avtomobil yan alır. Dağlıq Qarabağda yerləşdirilmiş Ermənistan hərbi birləşmələri bu avtomobillərdən yükdaşımalar və artilleriya vasitələrinin, xüsusilə də 122 mm çaplı DA18M-1 (QRAU- 2A18) haubitsalarının dartqısı üçün istifadə edirlər.
Kadrlarla qərargaha yan alan “Ural-4320 0912 40A1” avtomobilində erməni hərbçiləri də olub. Dağlıq Qarabağda “Ural” vasitəsilə daşınan şəxsi heyətin sayı bir qayda olaraq 18-24 nəfər olur. Bu isə “Ural”ın yaxınlığındakı partlayış nəticəsində neçə erməni hərbçisinin yaralandığını və həlak olduğunu təqribi müəyyənləşdirməyə imkan verir.
Kadrlarda qərargahın önündəki iki off-roud tipli avtomobildən (ağ rəngli “VAZ Niva 2121” və “UAZ 2206”) 4 zabitin düşərək səngərlərə tərəf qaçdığı görünür. Onlar üstü örtülmüş, hündür brusverli və betonla möhkəmləndirilmiş iki pulemyot meydançasına (“trassirovkalı səngər”) tərəf gedirlər.
Bu zaman partlayışlar olur və zabitlər ağır qəlpə yaraları alırlar.
Partlayışlardan biri uzunmüddətli atəş nöqtələrinin idarə olunduğu yerdə, ikisi isə qərargahın yanında yaşanır.
Ən başlıcası isə partlayışların tipidir. Kadrlardan göründüyü kimi, partlayışlardan ikisi qəlpəli-fuqas, biri isə kumulyativ başlıqdan istifadəni göstərir.
Mənbə:> Milli.az