Şəhidimizn atası: Qoy bu bayraq Qarabağda dalğalansın » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Video

Şəhidimizn atası: Qoy bu bayraq Qarabağda dalğalansın – VİDEO

Şəhidimizn atası: Qoy bu bayraq Qarabağda dalğalansın


Şəhid Çingiz Qurbanovun atası əbədi saxlamaq üçün ona verilən Azərbaycanın Dövlət Bayrağını oğlunun xidmət göstərdiyi hərbi hissəyə təqdim edib.

Aznews.info Report-a istinadən xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin nəşi üzərinə sərilən Azərbaycanın Dövlət Bayrağını əbədi xatirə saxlmaq üçün onun atası Salman Qurbanova təqdim edib.

S.Qurbanov Azərbaycan Bayrağını oğlunun xidmət etdiyi hərbi hissəyə verib. “Mən bu bayrağı Çingizin xidmət etdiyi hərbi hissəyə təqdim edirəm. Bu bayraq gələcəkdə, işğaldan azad olunandan sonra Qarabağda dalğalansın”, – deyə o bildirib.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Şəhid Çingiz Qurbanov bu gün Qusardakı Şəhidlər xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *