Hərbi xidmətlə bağlı əsasnaməyə dəyişikliklər olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Hərbi xidmətlə bağlı əsasnaməyə dəyişikliklər olunur

Hərbi xidmətlə bağlı əsasnaməyə dəyişikliklər olunur


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik ediləcək.

Aznews.info modern.az-a istinadən xəbər verir ki, bununla əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yeni bəndlərin əlavə edilməsi təklif olunur.

Əsasnamənin 46-cı maddəsinə görə, bərabər hərbi rütbəyə yenidən attestasiya edilmiş hərbi qulluqçulara hərbi rütbədə olma müddəti onun yeni attestasiyaya qədər olduğu hərbi rütbənin verilməsi haqqında əmr imzalandığı gündən hesablanır.

Dəyişiklik layihəsinə əsasən, zabit heyəti vəzifələrini tutmaq üçün dövlət orqanlarında qulluq keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında onlara zabit heyəti rütbəsi verilir.

Belə ki, tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Silahlı Qüvvələrin zabit heyəti rütbəsi verilir.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *