Nazir: “Dəmir günbəz”in alınmasına dair razılaşma əldə olunub
Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.
Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.
Mənbə:> APA