Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi – FOTO

Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi


Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən bildirir ki, oktyabrın 20-də nazir Hüseynqulu Bağırov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ü.Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ETSN-in sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.

Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.

Tədbirdə iştirak edən yerli ictimaiyyətin nümayəndələri dövlət başçısı cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıqlarını bildirib, bu tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını qeyd ediblər.

Şəhid Ü.Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi
Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi
Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi
Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *