“Qasırğa”ların Azərbaycana çatdırılması tamamlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

“Qasırğa”ların Azərbaycana çatdırılması tamamlanıb

“Qasırğa”ların Azərbaycana çatdırılması tamamlanıb


T-300 “Qasırğa” kompleksinin atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 km-dir.

Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-300 “Qasırğa” artilleriya sistemlərinin çatdırılması tamamlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə AzeriDefence saytına ROKETSAN şirkətindən məlumat verilib.

Artilleriya sistemlərinin çatdırılması bu il yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı, onu idarə edən heyətə də müvafiq təlimlər keçirilib.

“KamAZ” avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir.

T-300 “Qasırğa” kompleksinin atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 km-dir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5,24 metr, ağırlığı 585 kiloqramdır.

Yeri gəlmişkən, ROKETSAN şirkəti “ADEX-2016” sərgisində TRG-300 raketini də Azərbaycan Silahlı Qüvvələri üçün nümayiş etdirəcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *