Erməni hərbçisi özünü güllələdi
Baş hərbi istintaq idarəsinin üçüncü qarnizon istintaq şöbəsində hərbçi, kiçik serjant Vaan Vaqeyeviç Mikaelyanın ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, kiçik serjant Vaan Vaqeyeviç Mikaelyan sol gözündən ölümcül yaralanıb. O, şəxsi avtomatından özünə atəş açıb. Hadisə avqustun 4-də səhər saat 9 radələrində müşahidə məntəqəsində növbədə olarkən baş verib.
Hərbçinin ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Ekspertiza təyin edilib.
Mənbə:> Oxu.az