Hərbçilərimiz beynəlxalq tədbirlərə yollanıblar
İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində “məsləhətçi görüş”, iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcək.
Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.
Mənbə:> Oxu.az