Tək uşaqlar hərbi xidmətdən azad oluna bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Tək uşaqlar hərbi xidmətdən azad oluna bilər – VİDEO

Tək uşaqlar hərbi xidmətdən azad oluna bilər

Məsələ Milli Məclisin gündəmindədir.

Şəhid ailələrinin tək övladlarının hərbi xidmətdən azad olunması təklif olunur. Məsələ millət vəkillərinin gündəmindədir. 700 bal toplayan gəncin cəbhədə şəhid olması da ölkənin gənc elmi potensialını qorumaq məsələsini aktuallaşdırıb.

Cəbhədə son baş verən hadisələrdən sonra ailələrin tək övladları, şəhid ailələrinin tək övladlarının hərbi xidmət keçməsi ilə bağlı məsələ yenidən Milli Məclisin gündəmindədir.

Millət vəkili Fərəc Quliyev deyib ki, şəhid olanların tək oğlan övladlarının hərbi xidmət keçməsi ilə bağlı məsələdə deputatlar arasında ortaq mövqe mövcuddur.

Bütün ailələrin tək övladlarının hərbi xidmətdən azad olunması təklifinə isə millət vəkillərinin mövqeyi birmənalı deyil.

Fərəc Quliyev məsələyə fərqli baxmaq üçün millət vəkillərinin haqlı əsaslarının olduğuna diqqət çəkir.

Cəbhədə baş verən son hərbi əməliyyatlarda 700 bal toplayan Müşviq Orucov adlı məzunun şəhid olması ölkənin elmi potensialını qorumaqla bağlı zərurəti də gündəmə gətirib.

Fərəc Quliyev belə gənclərin hərbi xidmət qaydalarına yenidən baxmağı təklif edir.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *