Azərbaycan silahları Malaziyada
Tədbirdə 220 adda məhsul təqdim olunacaq.
Malayziyanın Kuala-Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlaylb.
Oxu.Az xəbər verir ki, “AzeriDefence”nin məlumatına görə, dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.
Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir.
Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
Sərgidə sentyabr ayının 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan ADEX-2016 sərgisinin təqdimatı da keçirilir.
Mənbə:> Oxu.az