Türk qırıcısının ingilis “ürəyi”
Britaniyanın Rolls-Royce şirkəti Ankaraya Türkiyə istehsalı qırıcının ilk modelini öz EJ200 mühərrikləri ilə təchiz etməyi təklif edib, DefenseNews məlumat yayıb.
TFX adı altında hazırlanan təyyarələrin ilk sınaq uçuşlarını 2023-cü ildə keçirmək planlaşdırılır.
EJ200 mühərriki Rolls-Royce, MTU, Avio və ITP-nin müştərək işidir.
İstehsalatçılar daha sadə və ölçüsü daha kiçik olan mühərrik hazırlamaq niyyətindədirlər, bu mühərrik eyni zamanda analoji modellərdən daha az yanacaq sərf edəcək.
Mənbə:> Oxu.Az