Bakıda döyüşə yararlı minaatan mərmisi tapılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Kriminal

Bakıda döyüşə yararlı minaatan mərmisi tapılıb

Bakıda döyüşə yararlı minaatan mərmisi tapılıb


Bu gün Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Oxu.Az-ın nazirliyin saytına istinadən xəbər verir ki, dərhal müvafiq qurumlar hadisə yerinə cəlb olunub və döyüş tətbiqinə yararlı olan 1 (bir) ədəd 50 millimetrlik minaatan mərmisi mütəxəssislər tərəfindən götürülüb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *