Azərbaycanın artilleriya qoşunları təlim keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Foto, Video

Azərbaycanın artilleriya qoşunları təlim keçirdi – VİDEO+FOTO

Azərbaycanın artilleriya qoşunları təlim keçirdi


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təlim mərkəzində 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub.

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.



Azərbaycanın artilleriya qoşunları təlim keçirdi
Azərbaycanın artilleriya qoşunları təlim keçirdi
Azərbaycanın artilleriya qoşunları təlim keçirdi
Azərbaycanın artilleriya qoşunları təlim keçirdi
Azərbaycanın artilleriya qoşunları təlim keçirdi
Azərbaycanın artilleriya qoşunları təlim keçirdi
Azərbaycanın artilleriya qoşunları təlim keçirdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *