Türkiyədə məsciddə PKK-ya məxsus cəbhəxana aşkarlanıb
Türkiyənin Mardin vilayətinin Nusaybin rayonundakı məscidlərdən birində terrorçu Kürd Fəhlə Partiyasına (PKK) məxsus cəbhəxana aşkarlanıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, axtarış zamanı məsciddən 250 kiloqram partlayıcı, 2 raket atan və 3 iri çarxlı silah, bu silahlara aid çox sayda güllə və mərmi, tapançalar və səsboğucular, 35 molotov kokteyli və digər döyüş sursatları ələ keçirilib.
Bildirilir ki, cəbhəxana ilə əlaqəsi olan 14 nəfər həbs olunub.
Mənbə:> AzərTAc