Mer prezidenti güldürdü – VİDEO
Ukraynanın paytaxtı Kiyevdə patrul polisinin şəxsi heyətinin andiçmə mərasimində paytaxt meri Vitali Kliçko prezident Poroşenkonun gülməsinə səbəb olub.
ANS PRESS-in məlumatına görə, Kliçko şəxsi heyətin qarşısında polis kepkasını geyindikdə ondan arxada olan Poroşenko gülməyini saxlaya bilməyib. Belə ki, Kliçkonun çıxışı zamanı ondan arxada baş nazir Arseniy Yatsenyuk, Daxili işlər naziri Arsen Avakov və onun müavini Eka Zuquladze də gülməklərini saxlaya bilməyiblər.
Prezident və Nazirlər kabineti üzvləri gülməklərini saxlaya bilmədi
Bu arada Kliçko, bundan sonra polis formasını geyinməkdən utanmayacağına inandığını bildirib. Polis kepkasını isə Kliçkoya tədbirlərin birində patrul polisinin başçısı hədiyyə etmişdi. O məhz həmin kepka ilə tədbirə gəlib və əlindən buraxmayıb.
Mənbə:> ANSPRESS