Saakaşvili Putinin sirrini açdı - Azərbaycanı gözləyən faciəvi praqnoz
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili ölkədəki vəziyyəti şərh edərkən bildirib: “Prezident Putin NATO-nu sınağa çəkmək ideyasına mübtəla olub”.
Bu barədə o, Britaniyanın The Independent qəzetinə müsahibəsində qeyd edib. Saakaşvili Putinin daha da irəli gedə biləcəyini açıqlayıb: “Putin milli səhrədlərə hörmət etmir. O, daha da irəli getməyə çalışıcaq. Mən 2008-ci ildə xəbərdarlıq edirdim ki, Ukranya növbəti olacaq. Baltik ölkələri də növbədə durur”.
Saakşvilinin sözlərinə görə, “onların Gürcüstan və Azərbaycana qayıtmayacağını da idda etmək olmaz”,
“Prezident Putin NATO-nu sınağa çəkmək ideyasına mübtəla olub. Bu mənim onunla uzun danışıqlarımdan aydın idi”, -deyə Gürcüstanın sabiq prezidenti bildirib.
Qəzet qeyd edir ki, bu müsahibə mayın sonunda Saakşvilinin Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin olunmasından sonra götürülüb.
Mənbə:> Strateq.az