Daha bir uyğura terror ittihamı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Daha bir uyğura terror ittihamı

Daha bir uyğura terror ittihamı


Çində ticarət mərkəzlərindən birinə "bomba yerləşdirməyə cəhd göstərən" uyğur həbs edilib.

ANS PRESS-in məlumatına görə, CCTV dövlət telekanalı bildirib ki, “Aykebayır” adı ilə tanınan bu şəxs 2013-cü ildə Türkiyədən keçərək getdiyi Suriyada partladıcıların hazırlanması üzrə təlim görüb.

Sürgündə yaşayan uyğurların Dünya Uygur Qurultayı isə bu iddiaları "təxribat” adlandırıb.

Xəbərlərdə, başı qırxılmış və məhbus qiyafəsində olan Aykebayırın Çinə nə zaman döndüyü bildirilməyib. Ölkənin şimalındakı Şenyan şəhərindəki ticarət mərkəzinə bomba yerləşdirməyə cəhd göstərdiyi iddia edilən şəxs göz yaşları içində "anamdan məni bağışlamasını istəyirəm" deyib. Xəbərdə Aykebayırın nə zaman həbs olunduğu da bildirilmir.

Qeyd edək ki, Pekin uyğurları Sincan və ölkənin digər bölgələrində terrorçuluq törətməkdə ittiham edir. Uyğrlar isə bildirirlər ki, iğtişaşaların yaranmasının əsas səbəbi Çin polisinin repressiv hərəkətləridir.

Çin dövlət mediası tez-tez və mənbə göstərmədən türkdilli uyğurların Yaxın Şərqdəki cihadçılarla əlaqələrinə işarə edən xəbərlər yayır .
Bəzi uyğurlar təzyiq altında olduqlarına görə Çini tərk etdiklərini bildirirlər. Bu ay Tailandın 100-dək uyğuru Çinə təslim etməsi Türkiyədə etirazlara səbəb olmuşdu.

Daha bir uyğura terror ittihamı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *