Obama: ABŞ İranı hərbi məğlubiyyətə uğrada bilər
ABŞ İranla müqayisədə hərbi üstünlüyə malikdir və onu istənilən an döyüş meydanında məğlubiyyətə uğrada bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, belə iddia ilə ABŞ prezidenti Barak Obama “The New York Times” qəzetinə verdiyi müsahibəsində çıxış edib.
Vyanada əldə edilən sazişə riayət edilmədiyi halda, İranın ABŞ-ın reaksiyasından nə üçün qorxması gərəkdiyinin səbəbi barədə sual verən jurnalistə cavab verən Obama bildirib:
“Çünki biz onların hərbçilərini istənilən an asan və tez bir şəkildə məğlubiyyətə uğrada bilərik. Və mən düşünürəm ki, onlar mənim ABŞ-ın maraqları üçün hərbi güc tətbiq etməyə hazır olduğumu gördülər”, - Obama vurğulayıb.
“Mən hesab edirəm ki, onlar (İran) iki paralel istiqamətdə hərəkət etməkdə maraqlıdırlar: onların fəaliyyətinin dünyada qanuni hesab edilməsi kimi üstünlük imkanı əldə etmək, əsasən də ticarət və sanksiyaların yumşaldılması sahəsində, eləcə də vasitəçilərin əli ilə regionda təhlükə yaratmaqda”, - amerikalı lider deyib.
“Onların fəaliyyət planı belə olub. Düşünürəm ki, vasitəçilərin əli ilə etdiklərinə diqqət çəkmək və buna görə cavab verməyə məcbur etmək lazımdır. Bu barədə Ərəb körfəzi ölkələri ilə danışmalıyıq” - Obama qeyd edib.
Mənbə:> Oxu.Az