Sarkisyan geri çəkildi » AzNews.info -Xəbər portalı

Sarkisyan geri çəkildi – VİDEO

Sarkisyan geri çəkildi


Ermənistan prezidenti Serj Sarkisyan elektrik enerjisi tariflərinin yüksəldilməsinə dair hökumətin qərarını ləğv edib.

AzNews.info-nun Ans TV-ə istinadən məlumatına görə, Ermənistan hökuməti elektrik enerjisi xərclərini öz üzərinə götürüb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC 2006-cı ildən bütövlükdə Rusiyanın “İNTER RAO Vahid Elektrik Şəbəkələri” konserninə məxsusdur. Lakin bu qərar “Ermənistan Elektrik Şəbəkəsi” şirkətində audit yoxlamaları başa çatanadək icra olunacaq.

Qeyd edək ki, iyunun 17-sində hökumətin elektrik enerjisi tariflərini yüksəltməsilə bağlı qərarı paytaxt İrəvanda minlərlə insanın etirazlarına səbəb olmuşdu.

Baqramyan prospektində baş tutan aksiyaların ilk günündə polislə qarşıdurmalar yaşanmış, nəticədə azı 20 nəfər xəsarət almışdı.

Hökumətin aksiya zamanı baş vermiş zorakılıqlarla əlaqədar hansı addımlar atacağı isə hələlik məlum deyil.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *