Vatikan Fələstinlə müqavilə bağladı, İsrail qəzəbləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Vatikan Fələstinlə müqavilə bağladı, İsrail qəzəbləndi

Vatikan Fələstinlə müqavilə bağladı, İsrail qəzəbləndi

Vatikan iyunun 26-da Fələstin dövləti ilə özünün ilk müqaviləsini imzalayıb.

Vatikan 2012-ci ildən Fələstini de-fakto olaraq tanımışdı. Onun bu addımı İsrail dövlətini qəzəbləndirib. İsrail bu addımı "tələsik addım" kimi qiymətləndirib və sülh danışıqlarının inkişaf perspektivinə təhlükə hesab edir. İsrail bunun Vatikanla diplomatik münasibətlərə də təsirsiz ötüşməyəcəyini də qeyd edir.

Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə Katolik Kilsəsinin fəaliyyəti haqda müqavilə həm də Papa Fransisin rəhbərliyi altında Vatikanın xarici siyasətinin daha fəal rolundan xəbər verir. Keçən il o, Birləşmiş Ştatlar və Kuba ilə tarixi əlaqələrin bərpasında vasitəçi olmuşdu.

İmzalama mərasimində Vatikanın xarici işlər naziri arxiyepiskop Pol Qallaher deyib ki, o, bu sazişin uzun tarixə malik İsrail-Fələstin münaqişəsinə son qoyulması yönündə stimul ola biləcəyinə ümid edir. O, tərəfləri öz aralarında birbaşa sülh danışıqlarına dəvət edib.

"Bu, əlbəttə, cəsarətli qərar tələb edir, amma bu, həm də regionda sabitliyə və sülhə böyük töhfə olardı" - deyə P.Qallaher bildirib.

Fələstinin xarici işlər naziri Riad əl-Malikinin söylədiyinə görə, o, ümid edir ki, bu, Fələstin xalqının öz müqəddəratını təyin etmək, öz müstəqil dövlətində azadlıqvə ləyaqət haqqının tanınmasına yardımçı olacaq.

Vatikan Fələstinlə müqavilə bağladı, İsrail qəzəbləndi


Vatikan Yaxın Şərqdə böyük diplomatik rola malik olmaqda xüsusilə maraqlıdır. Münaqişələr üzündən xaçpərəstlər burdan - Suriya, İraq və başqa ölkələrdən qaçırlar. İsraildə və Fələstin ərazilərində əksəriyyəti fələstinli olmaqla 100 minədək Roma, yunan-melkit ayinli katolik var.

P.Qallaher deyir ki, bu razılaşma din və vicdan azadlıqları sahəsində başqa ərəb-müsəlman ölkələri üçün model ola bilər.

2012-ci ildə BMT Baş Assambleyası Fələstinin müşahidə altında olan, qeyri-üzv ölkə kimi tanınması haqqında qətnamə qəbul edib. Bu, Vatikan tərəfdən razılıqla qarşılanıb. Vatikanın özü də BMT-də həmin statusdadır və BMT-nin üzvü deyil.

Vatikan Fələstin dövlətini də elə o vaxt tanıdı. Papa isə "Müqəddəs torpağ"a səfər edəndə bu dövləti adla çağırdı.

BMT-nin 135 ölkəsi Fələstini tanıyıb. Bu, ümumi sayın 70 faizidir. Müqayisə üçün deyək ki, BMT-nin 193 üzvündən 160-ı İsraili dövlət kimi tanıyıb.

Keçən ilin oktyabrında İsveç birinci böyük Avropa ölkəsi olaraq Fələstini tanıdı. Bu isə İsrailin ittihamlarına və onlar arasında gərginliyə səbəb oldu.

Avropa Birliyi ümumilikdə Fələstini dövlət kimi tanımayıb. Onlar da ABŞ kimi eyni izahatı verirlər - Fələstin birtərəfli tanınma yolu ilə yox, İsraillə danışıqların nəticəsində müstəqil ölkə ola bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *