İrəvanda polis xüsusi hazırlıq vəziyyətinə gətirildi – VİDEO
Ermənistanın paytaxtı İrəvanın "elektromaydanı"na çevrilmiş Baqramyan prospektində aksiya davam edir. Polis qüvvələri xüsusi hazırlıq vəziyyətinə gətirilib. Bu barədə "Novosti Armenii" xəbər yayıb.
Məlumata görə, aksiya keçirilən məkana xüsusi təyinatlılar yeridilibb. Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan, polis qüvvələri komandanı Levon Yeronosyan, İrəvanın polis rəisi Aşot Karapetyan və digər yüksək rütbəli zabitlər də aksiya məkanındadır.
Mənbə:> Virtualaz.org