Prezident Administrasiyasının rəsmisi harınlamış məmurlardan yazdı: Özlərini normal aparsınlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Prezident Administrasiyasının rəsmisi harınlamış məmurlardan yazdı: Özlərini normal aparsınlar

Prezident Administrasiyasının rəsmisi harınlamış məmurlardan yazdı: Özlərini normal aparsınlar


“Ölkə Prezidentinin hər bir məmurdan və dövlət qulluqçusundan birinci tələbi odur ki, onlar üçün yaradılmış şəraitdən yalnız ölkənin inkişafı və Azərbaycan xalqının rifahı naminə istifadə etsinlər. Cənab Prezidentin irəli sürdüyü əsas tələblərdən biri də budur ki, “İstər ölkə Prezidenti olsun, istər icra hakimiyyətinin başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin”.

“Report”un məlumatına görə, bunu Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov özünün “Dövlət qulluqçusunun ən vacib keyfiyyəti məsuliyyət hissidir” başlıqlı məqaləsində yazıb.

PA rəsmisi qeyd edib: “Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda vəzifəli şəxslərin özünün və onların ailə üzvlərinin cəmiyyətdə narahatlıq doğuran bəzi hərəkətləri, onların fəaliyyətindəki nöqsanları, sahibkarlara göstərdikləri mənfi münasibəti kəskin tənqid etməsi sıravi vətəndaşlar və ictimai-siyasi təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanıb və təqdir olunub”.

Şöbə müdiri xatırladıb ki, Prezident həmin konfransda insanlarla qarşılıqlı əlaqələri qura bilməyən, onlarla səmimi, mədəni davrana bilməyən və ehtiyaclarına biganə yanaşan hər bir vəzifəli şəxs haqqında ciddi ölçülər götürüləcəyini bildirib və sonrakı dövrdə həyata keçirilən tədbirlər, o cümlədən kadr dəyişiklikləri ilə bunu təsdiq edib:

“Hər bir sahədə intizam və məsuliyyətin olması, hər bir insanın, bütövlükdə ölkə vətəndaşlarının həyatının təhlükəsizliyi, hüquqlarının və azadlıqlarının qorunması, gündəlik həyatda sabitliyin və əmin-amanlığın, bir sözlə, qayda-qanunun təmin edilməsi deməkdir. Hər bir məmurun məsuliyyət hissi yerində olsa, ölkədə və cəmiyyətdə neqativ halların sayı sıfra enər və xoşagəlməz heç bir hadisə baş verməz.
Ölkə rəhbəri 2015-ci il mayın 20-də keçirdiyi müşavirədə demişdir: “Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur?

Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib. Vaxt gələcək ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər”.

Ölkə Prezidenti təəssüflə bildirir: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilirlər.

Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək. ...Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək”.

S.İsmayılovun fikrincə, dövlət başçısının bu sözləri hər bir dövlət qulluqçusunun həyat prinsipi olmalı və onlar Azərbaycan dövləti, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, ən nəhayət, öz vicdanı qarşısında öz məsuliyyətlərini dərindən dərk etməlidirlər.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *