Putin keçmiş arvadı ilə münasibətlərindən danışdı
Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila və qızları Mariya və Yekaterina ilə yaxşı münasibətləri var.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, öz ailəsi və şəxsi həyatı barədə Rusiya prezidenti Sankt-Peterburqda xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşdə danışıb.
Putinin sözlərinə əsasən, bəzən gecə saat ikiyədək yatmır və ailəsi ilə danışır: “Şəxsi həyatımda gələcəklə bağlı planlarım var, lakin mən qaydasındayam”.
Mənbə:> Oxu.Az