Putin Gümrüdə rus əsgərin vəhşicəsinə öldürülməsi məsələsinə qarışır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gümrüdə rus hərbçisinin öldürülməsi barədə Vladimir Putinə məruzə ediləcəyini bildirib.
ANS PRESS Rusiya mətbuatına istinadən məlumatına görə, Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında rus əsgərin qətlə yetirilməsi barədə danışıb:
"Ermənistanda rus əsgərin qətlə yetirilməsi barədə məlumat yeni yayılıb. Hələlik qətl barədə prezidentə məruz edilməsi ilə bağlı sualınızı cavablandıra bilmirəm. Şübhəsiz ki, mediada çıxan xəbərlər müvafiq olaraq prezidentə məruzə edilir".
Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov vəhşicəsinə qətlə yetirilib.
Mənbə:> ANSPRESS