Obama `Azərbaycan` deyə bilmədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Obama `Azərbaycan` deyə bilmədi – VİDEO

Obama `Azərbaycan` deyə bilmədi


ABŞ prezidenti Barak Obama QHT-lərin və sivil cəmiyyətin işinə əngəl yaradan dövlətlərdən danışanda Azərbaycanın da adını çəkib... Daha doğrusu çəkmək istəyib və yalnız ikinci cəhddən buna nail olub.

Videoda görürük ki, Obama `Azərbaycan` sözünün baş hərfini deyəndən sonra ardını gətirə bilmir, duruxur, kənara - yəqin ki, özünün köməkçilərinə və spiçrayterlərinə baxır. Və tez kimsə onun miniatür qulaqcığına `Azərbaycan` sözünü deyir. Obama da nitqini davam etdirir - `Azərbaycanda QHT-ləri sıxışdırırlar`... Yeaaaahhh, Baby!!! You can do it!!!

Aydın hiss olunur ki, Amerika prezidentinin bu çıxışı onun üçün xüsusi olaraq yazılıb. Və Azərbaycanın adı ilə rastlaşmaq Obama üçün gözlənilməzdir. Əks halda hələ senator ikən gəldiyi, dünyanın gündəmində tez-tez xatırlanan bir ölkənin adını demək niyə onun üçün çətin olsun ki?

Və ona da şübhə yoxdur ki, Obamanın bu çıxışını yazanlar antiAzərbaycan dairələrin sifarişilə ölkəmizin adını ora daxil ediblər. Kim bilir, lobbi təşkilatları bu bir sözün ora salınması üçün nə qədər pul xərcləyib... Eybi yox, düşməni xərcə salmağın özü də bir qələbədir.


Mənbə: AzVision.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *