Ərdoğan meydan oxudu: "İstefa verərəm" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan meydan oxudu: "İstefa verərəm"

Ərdoğan meydan oxudu: "İstefa verərəm"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəqibinə meydan oxudu. ANS PRESS-in məlumatına görə, Ərdoğan gündəmlə bağlı maraqlı açıqlamalar verib.

O, deyib ki, əgər müxalifət lideri Kamal Kılıçdaroğlunun prezident sarayı ilə bağlı iddiaları təsdiqini tapsa istefa edəcək.

"İlk dəfə çox açıq və aydın deyirəm. Əgər ana müxalifətin başındakı şəxs burada hər hansı qızıl tualet tapsa istefa verməyə hazırdırmı? Belə bir şey tapsa mən prezidentlikdən istefa verəcəm".

O, Kılıçdaroğlunun sarayda dolaşması üçün lazımi təlimat da verəcəyini deyib. "Mənim zamanında yeni heç bir qab-qacaq alınmayıb. Hamısı köhnələrdir".

Ərdoğan yeganə dərdinin ölkənin gələcəyi olduğunu deyib.

"Ana müxalifət partiyasının lideri yalan üstünə yalan danışır. Sən bu partiyanın başına əvvəlki liderin kaseti ilə gəlmisən. Baykal da onun seks kasetinin mənim xəbərdar olduğumu deyirdi. Onu yayılanlardan mənim təlimatımla çıxardılar. Kılıçdaroğlu namizəd olmayacağını açıqlayandan bir gün sonra fikrini dəyişdi".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *