Ərdoğanı edamla hədələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Ərdoğanı edamla hədələdilər

Ərdoğanı edamla hədələdilər


Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə edamla hədələnib. ANS PRESS-in məlumatına görə, Fətullah Gülənin “Hizmet” hərəkatına aid “Bugün” tele kanalının redaktoru Tarık Toros Ruumınyanın keçmiş prezidenti Çauşevskinin sarayının qarşısında çəkdirdiyi şəkli facebookda paylaşaraq ölkə prezidentinə söz atıb. Bütün bunlar isə Türkiyənin sabiq baş naziri Adnan Menderesi edama aparan dövlət çevrilişinin baş verdiyi 27 may tarixində baş verib. Toros Çauşevskinin tikdirdiyi bu sarayda heç yaşaya bilmədiyini vurğulayıb.

“Bu Çauşevskinin yaşaya bilmədiyi saraydır... Buxarestdə. Dünyanın ən heybətli üçüncü ictimai binasıdır. Tənqiddən sonra “özüm üçün tikdirmirəm, məndən sonrakılar qalacaq” demişdi. Həqiqətən elə oldu, başa çatmaq üzrə ikən edam olundu. Rumınca “Xalqın evi” qoyub adını, o dərəcə. Şəhər qəbristanında arvadı ilə yan-yana yatır. Üstündən yol keçib, keçə il kənara köçürüblər. İbrətlik. Çənəm düşdü”.

Xatırladaq ki, Ərdoğan prezident seçildiyi zaman prezidentin rəsmi iqamətgahı olan “Çankaya” köşkünə getməmiş, vəzifələrini icra etmək üçün daha əvvəl tikdirdiyi “Ağ saray”ı seçmişdi. Ərdoğan kəskin tənqidlər qarşısında bu binanı özü üçün tikdirmədiyini, bunun Türkiyəyə qalacağını demişdi.

Ərdoğanı edamla hədələdilər

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *