Cazibədar prokuroru belə görməmişdiniz – FOTO
“Kurtlar Vadisi”ində prokuror rolunu ifa edən aktrisa imicini dəyişib.
ANS PRESS-in məlumatına görə, ölkəmizdə də geniş tamaşaçı kütləsi olan məşhur “Kurtlar Vadisi Pusu” serialının Leylası Çiydem Batur rolu üçün imicində dəyişiklik edib.
Serialda xərçəng xəstəliyindən əziyyət çəkdiyi göstərilən aktrisa ssenariyə uyğun olaraq saç düzümünü dəyişmək məqsədilə parik taxmalı olub.
Maraqla gözlənilən serialın 261-ci bölümünün anonsunda aktrisanı görənlər təəccüblənməklə yanaşı, onu bu şəkildə çox bəyəndiklərini də bildiriblər.
Ciydem Batur da bu imicdə özünü bəyəndiyini etiraf edib.
Qeyd edək ki, "Kurtlar Vadisi Pusu"nun son bölümü 28 may tarixində Türkiyənin "Kanal D" televiziyasından yayımlanacaq.
Mənbə:> ANSPRESS