“Kurtlar Vadisi Pusu”da bəd xəbər – VİDEO
“Kurtlar Vadisi Pusu” serialının yeni bölümdən fraqmentlər yayımlanıb. ANS PRESS-in məlumatına görə, Azərbaycanda da maraqlı izlənilən serialın bu həftəki bölümünün anonsu yayılıb. “Kurtlar Vadisi Pusu”nun 236-cı seriyası noyabrın 13-də efirdə olacaq.
Hər həftə milyonlarla adamı ekran başına çəkməyi bacaran "Kurtlar Vadisi Pusu"nun yeni bölümündə Akif Şedidin əlindən xilas olur və ondan intiqam alır. Təyin etdiyi "yol xəritəsi"ndə güzəştə getməmək qərarı verən Polat Alemdar isə düşmənləri tərəfindən günbəgün daha da küncə sıxışdırılır. Ancaq buna baxmayaraq yeni planlar quran Polat yoluna davam etməkdədir. Mərkəzə edilən hücumun fəsadlarını və haqqında dünya mətbuatında yayılan yalan məlumatları aradan qalıdırmağa çalışan Polat Alemdar və komandası çətin vəziyyətdədir.
Cahit Safiyəyə qarşı bəslədiyi duyğulara qarşı gələ bilmir, lakin Safiyə ilə əlaqədar əhəmiyyətli bir sürpriz ilə qarşılaşır. Şedid isə Akifin şəxsiyyətini müəyyən edir və onu edam etməyə qərar verir. Lakin Akif Şedidin düşərgədəki lideri ilə silahlı qarşıdurmaya girir və onu vurur.
Polat Alemdarın anası Nazife isə xəstəxanaya düşəcək. Digər bir yeni xəbər seriala təzə aktyorun daxil olması ilə bağlıdır. Kuba əslli təcrübəli oyunçu Endi Qarsiya da bu il "Kurtlar Vadisi Pusu"da rol alacaq. İlin ən böyük transferini reallaşdıran serial sırf Endi Qarsiya üçün xeyli tamaşaçı toplaya bilib.
Xatırladaq ki, Polad Alemdar (Necati Şaşmaz) ötən həftə çəkiliş zamanı qəzaya uğrayıb. Onun çənəsi sınıb. Aktyor 6 həftə çəkilişlərdən uzaq qalacaq. Çəkilişlərə Poladsız davam edəcək heyət bu müddət ərzində bu obrazı xaricə getmiş kimi təqdim edəcək.
Mənbə:> ANSPRESS