Avrodeputat: Dağlıq Qarabağ münaqişəsini Azərbaycan udacaq
Avropa İttifaqının rəhbərliyi “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarının sammitinin yekun deklarasiyası ilə bağlı kompromisə həllə nail ola bilməyib və sənəddə Rusiyanın Krımla bağlı addımlarının pislənilməsi ilə bağlı məqamı saxlayacaq.
AzNews.info xəbər verir ki, Azadlıq Radiousunun məlumatına əsasən, eyni zamanda deklarasiyanın mətnində kompromis kimi qeyd olunacaq ki, Ermənistan və Belarus BMT-nin Baş Assambleyasında bu tanınmanın əleyhinə səs verib.
Avropa Parlamentinin Almaniyadan olan üzvü Elmar Brok bəyan edib ki, Ermənistan prezidenti Serj Sarkisyan ruslar tərəfindən inanılmaz təhdid altındadır.
Onun sözlərinə görə, əgər Ermənistan Rusiyanın dəstəyi və silahlı qüvvələrindən məhrum olsa, o zaman Dağlıq Qarabağ münaqişəsini Azərbaycan udacaq.
Xatırladaq ki, Ermənistan və Belarus deklarasiyada Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olduğu barədə məqam olsa, sənədi imzalamaq niyyətində deyillər.
Yekun sənəddə Avropa İttifaqının Krımın Rusiyaya birləşdirilməsinin pislənilməsi əks olunacaq, həmçinin digər iştirakçı ölkələrin 2014-cü ilin martında BMT-də səsvermə zamanı nümayiş etdirdikləri mövqeləri də qeyd olunacaq.
Mənbə:> Azadlıq Radiosu