Tokioda Ribbentropun bakılı kəşfiyyatçıya məktubu tapıldı
Oxu.az xəbər verir ki, bu barədə “Asahi Shimbun” nəşri bildirib.
Məktub Tokioda kitab mağazaları raritetində tapılıb. Naməni, “Tamura Shoten” mağazasının xarici kitablar bölməsinə cavabdeh olan 71 yaşlı menecer Yoşio Okudaira tapıb.
Kəşfiyyatçının 43-cü yaş günü, 1938-ci ilin 4 oktyabrına aid məktubda Tokioda alman səfirliyinin fəaliyyətində “yüksək nailiyyətlər”i qeyd edilir, halbuki o, SSRİ üçün işləyirdi.
“Biz sizin alman səfirliyinin fəaliyyətində yüksək nailiyyətlərinizi qiymətləndiririk”, - nasistlərin sovet kəşfiyyatçısına ünvanlanmış məktubda deyilib.
Məktuba Ribbentropun 29x23 sm ölçülü imzalı şəkli də əlavə edilib, bu imzanın nazirə aid olduğu ehtimal edilir.
Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Rixard Zorge bizim yerlimizdir. O, 1895-ci il oktyabrın 4-də Bakıda anadan olub, o uşaqlığını və yeniyetməliyini burada keçirib.
1898-ci ildə Zorge Almaniyaya gedib, sonra isə 1924-cü ildə SSRİ-yə mühacirət edib və hərbi kəşfiyyatçı olub. Zorge Yaponiyaya 1933-cü ilin sentyabrında “Frankfurter Zeitung” qəzetinin müxbiri kimi yollanıb. O, Almaniyanın milli-sosialist partiyasının üzvü olub. Diplomat Ott Zorgeyə tam etibar edirdi, Yaponiyada reyxin səfiri vəzifəsinə keçdikdən sonra, onun şəxsi köməkçisi olur.
Zorge 1941-ci ildə həbs edilib, 1944-cü ildə isə edam edilib.
Mənbə:> Oxu.Az