Putinin azərbaycanlı müşaviri vəfat etdi – FOTO
Rusiya prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.
Rəssamla vida mərasimi Kaluqada keçirilib. Onu son mənzilə Azərbaycan, tatar və Dağıstan diasporlarının nümayəndələri yola salıblar. Mərhum Kaluqada dəfn olunub.
Mənbə:> Virtualaz.org