Siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq
“Report”un məlumatına görə, Komissiyanın bu gün keçirilən iclasında MSK sədrinin müavini Natiq Məmmədli bəzi normativ xarakterli aktlarla bağlı məlumat verərkən deyib ki, siyasi partiyalar hesabatları təqdim edərkən MSK həmin hesabatların tələblərə uyğun olub-olmamasını yoxlamalıdır. Partiyaların maliyyə hesabatını MSK-da yaradılmış sektor araşdıracaq.
Seçki dövründə isə Nəzarət-Təftiş Xidməti də araşdırma apara bilər.
Mənbə:> Report.az