Prezident yeni qurum yaratdı » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Prezident yeni qurum yaratdı

Prezident yeni qurum yaratdı


Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Müəyyən edilib ki, Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

Azərbaycan prezidenti:

Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;

Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi.


Nazirlər Kabineti:

Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

Nəqliyyat Nazirliyinin təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən olunaraq təsdiq edilməsi;

Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.


Nəqliyyat Nazirliyi:

Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

Cəmiyyətin Baş direktorunun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.


Əmlak Məsələləri Dövlət Komitəsi:

Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə razılıq verilməsi.


Nazirlər Kabineti:

Cəmiyyətin Nizamnaməsini iki ay müddətində Azərbaycan prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması məsələsini həll etsin;

Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin;

Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Dövlət Dəniz Administrasiyası arasında səmərəli səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Tarif Şurası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla, Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etsin. Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *