Kremldən İrəvana Qarabağ şoku
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzet bildirib ki, Rusiya hər vəchlə Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır. Azərbaycan isə Ermənistanın Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqların geri qaytarlırmasını əsas şərt qoyur.
“Dünya neft və qaz bazarlarına təsir etmək üçün yeni rıçaqlar əldə etmək baxımından Azərbaycan Rusiyaya çox lazımdır”,- deyə "Joxovurd" vurğulayıb.
Dünən qəzet məsələni dəqiqləşdirmək üçün hətta Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib və məsələni dəqiqləşdirmək istəyib.
Amma nazirlikdən qəzetə təhqiramiz cavab verilib.
Mənbə:> ANSPRESS