Əli Həsənov yenidən Türkiyədədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Əli Həsənov yenidən Türkiyədədir

Əli Həsənov yenidən Türkiyədədir


Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Mersin əyalətinin Tarsus bələdiyyəsinin sədri Şevket Can ilə görüşüb. Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin abidəsi və onun adını daşıyan parkın açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, səfərdə Azərbaycanı təmsil edən heyətə Milli Məclisin Parlamentlərarası Əlaqələrin və Beynəlxalq Münasibətlər üzrə Komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Hüseynbala Mirələmov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai rayon Bələdiyyə sədri Teymur Məmmədov, Xətai Bələdiyyəsinin nümayəndəsi Kamran İsmayılov və jurnalist Vüqar Rəhimzadə daxil olub.

Bu səfərin baş tutmasından məmnun olan Bələdiyyə sədri Şevket Can 2007-ci il sentyabr ayının 3-dən Türkiyənin Mersin əyalətinin Tarsus bələdiyyəsinin Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu ilə qardaş əyalət olduqlarını vurğuladı.

“Biz doğuşdan qardaş olan millətik, eyni kökdən, eyni boydan gəlirik” deyən sədr Can, bu qardaşlığın xatirəsinə 2009-cu ilin may ayının 9-da parkın salındığını vurğulayıb. Can Tarsusun keçmişdən indiyə qədər bir çox dinlərə və mədəniyyətlərə ev sahibliyi etdiyini, bu dinlərin və mədəniyyətlərin kəsişdiyi qardaşlıq məkanı olduğunu bəyan edib.

“Sizləri burada qəbul etməyimizdən məmnunuq”- Şevket Can deyib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə ilə qardaşlığın daimi olacağını bəyan edib:

“Belə gözəl qarşılama mərasimi görməmişdik, çox xoşbəxtik. Ulu Öndərlər Atatürk və Heydər Əliyevin söylədiyi kimi dərdimiz kimi sevincimiz də - hər şeyimiz birdir. Dostluğumuz əbədidir. İki xalqın dostluğunun sarsılmaz və əbədi olduğunu bildirmək istəyirəm. Biz Azərbaycan xalqı olaraq bu birliyə çox böyük önəm veririk”, deyib.

Qonaqlar sədr Cana Azərbaycandan hədiyyələri təqdim ediblər, sədr isə öz növbəsində nümayəndə heyətinə hədiyyə və Tarsusu tanıdıcı kitablar verib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *