İntihar etmək istədi - Edam olundu
Çində sərnişin avtobusu yandıraraq intihara cəhd etmək istəyən şəxsin cəzası reallaşıb.
“Qafqazinfo” sabah.com-a istinadən xəbər verir ki, ölkənin şərqindəki Cıciang əyalətində 80 nəfərin olduğu avtobusu yandıran 35 yaşlı Bao Layşüya edam edilib.
Qeyd edək ki, Hangcou Orta Xalq Məhkəməsi vərəm xəstəliyindən əziyyət çəkən Layşünun edamını fevral ayında qərar vermişdi.
O, avtobusu yandıran zaman özünü də yandırmaq istəmiş, ayaqqları yanıq xəsarətlərinə görə kəsilmişdi.
Mənbə:> Qafqazinfo.az