ABŞ və Yaponiyanın Çin planı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

ABŞ və Yaponiyanın Çin planı – VİDEO

ABŞ və Yaponiyanın Çin planı


ABŞ prezidenti Barak Obama Yaponiyanın baş naziri Şinzo Abeni Ağ Evdə qəbul edib.

ANS PRESS-in məlumatına görə, Barak Obama və Şinzo Abe Amerika liderinin hər iki ölkədə opponentlərin olmasını etiraf etməsinə baxmayaraq Sakit okeanı hövzəsinə daxil olan 12 ölkə ilə azad ticarətə dair razılığı yekunlaşdırmağa söz veriblər.
Obama Ağ Evdə Abe ilə iki saat təkbətək görüşdən sonra mətbuat konfransında deyib ki, həm o, həm də Yaponiya baş naziri razılaşmanın yekunlaşdırılması işinə sadiq qalır. Lakin liderlər razılaşmanın yekunlaşdırılması üçün mövcud maneələrin aradan qaldırılmasının detallarına dair bir söz deməyiblər. Bundan əlavə Obama və Abe iki ölkə arasında prezident dostluğu xüsusi vurğulayıb. Prezident Obama Yaponiya ilə münasibətləri "sarsılmaz dostluq" kimi dəyərləndirib.

Abe öz növbəsində Holokost muzeyini ziyarəti zamanı bildirib ki, o həlak olan qurbanların xatirəsini dərin kədər hissi ilə anır. Hər iki lider Linkoln abidəsini də ziyarət edərək, 150 il əvvəl baş vermiş Vətəndaş Müharibəsindən sonra qətlə yetirilmiş prezident Abraham Linkolnu bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Obama çərşənbə axşamı Ağ Evdə baş nazirin şərəfinə şam yeməyi təşkil edəcək. Yaponiya baş nazirinin çərşənbə günü Konqresdə çıxışı gözlənilir. Çıxışı zamanı Abe ikinci dünya müharibəsinin başa çatmasının 70 illiyi münasibəti ilə bağlı fikirlərini səsləndirəcək.

Yaponiya başçılarından ilk dəfə olaraq Şinzo Abe İkinci Dünya müharibəsinin başa çatmasından 70 il sonra Birləmiş Ştatlara rəsmi dövlət səfəri edib.

Ekspertlər səfərin vacibliyini vurğulayaraq Yaponiya baş nazirinin ABŞ-a gedişində Çin fakttonun olduğunu deyirlər. Belə ki, Yaponiya günü-gündın guclənən Çin və Asiyanın Amerikanı da narahat etdiyini bilir.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *