İkili vətəndaşlığının olmasını gizlədən azərbaycanlılara » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

İkili vətəndaşlığının olmasını gizlədən azərbaycanlılara – CƏZA

İkili vətəndaşlığının olmasını gizlədən azərbaycanlılara


Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bu barədə Azərbaycanın müvafiq icra orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb ediləcək.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq qadağan olunur.

O qeyd edib ki, hazırkı layihəyə görə, Azərbaycan prezidenti tərəfindən Cinayət Məcəlləsinə yeni 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsinin əlavə olunması təklif edilir.

Maddəyə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılma nəzərdə tutulur.

Layihə səsə qoyularaq qəbul olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *