​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Foto

​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi – FOTO

​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi


ABŞ-ın Los Anceles şəhərində amerikalı və beynəlxalq ekspertlərin, eləcə də diplomat və ictimai-siyasi xadimlərin iştirakı ilə elmi konfrans keçirilib.

Bu barədə ANS PRESS-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.
Konfransda Ermənistan- Azərbaycan münaqişəsi müzakirə edilib. Loyola Marymount Universitetində keçirilən tədbir ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub. Tədbirdə həmin beyin mərkəzlərinin tanınmış mütəxəssisləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digərləri iştirak ediblər.

Azərbaycanın münaqişə üzrə mövqeyini konfransda AR Milli Məclisinin üzvü Asim Mollazadə təqdim edib.

Mədəniyyətlərarası və qlobal kommunikasiya sahəsində tanınmış mütəxəssis Venşan Cianın moderatorluğu ilə keçirilən Qarabağ panelində ilk çıxışı millət vəkili A.Mollazadə edib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına diqqət çəkən millət vəkili bu işğal faktının dondurululmuş münaqişəyə çevrilməsində əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü bildirib. O, qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi, Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir. Millət vəkili həmçinin vurğulayıb ki, bu durumdan sadəcə azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir, eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də mövcud işğalçı siyasətin qurbanına çevriliblər. Öz çıxışında Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs edən millət vəkili Ermənistan tərəfindən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. O qeyd edib ki, bu gün bu münaqişədə real sülhə nail olmaq üçün ilk növbədə Ermənistan öz həqiqi müstəqilliyinə qovuşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır. “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli qeyri-mümkündür”, - millət vəkili bildirib.

A.Mollazadə, həmçinin qeyd edib ki, Azərbaycan qədim dövrlərdən bəri multikulturalizm diyarıdır, burada bütün dini etiqadlar, eləcə də müsəlmanlar, yəhudilər və xristianlar qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Azərbaycanın apardığı xarici siyasət kursuna da toxunan millət vəkili vurğulayıb ki, bölgə iqtisadiyyatının 80%-ni əhatə edən Azərbaycan öz müstəqil siyasətini inkişaf etdirir, regional və beynəlxalq səviyyədə çoxsaylı uğurlu layihələr həyata keçirir. “Bu səpkidə Azərbaycan bir çox ölkələrin, o cümlədən ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə ciddi töhfələr verir”, - A.Mollazadə vurğulayıb.

Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koyl isə çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, Qrup tərəfindən indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, Qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.

Çıxışlardan sonra natiqlər iştirakçıların suallarını cavablandırıblar.
Tədbirdə iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev konfransın təşkilatçılarına belə bir önəmli və aktual mövzuya yetirdikləri diqqətə görə təşəkkürünü bildirib.

​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi
​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi
​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi
​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi
​Ermənistan-Azərbaycan münaqişəsi Los Ancelesdə müzakirə edildi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *