Ekmeleddin İhsanoğlu satanistdir? – VİDEO
Türkiyə müxalifətçilərindən Ekmeleddin İhsanoğlu çıxışı zamanı səhvə yol verib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə prezident seçkisində məğlub olan professor Ekmeleddin İhsanoğlu bu dəfə Milliyyətçi Hərəkat Partiyası tərəfindən İstanbul üzrə millət vəkilliyinə namizəd göstərilib.
Ötən gün partiyanın İstanbul rəhbəri Məhmət Bülənt Karataş ilə görüşən İhsanoğlu daha sonra jurnalistlərlə bir araya gəlib.
Mətbuat nümayəndələrinin suallarını cavablandırdan siyasi fiqur, sonda kameralara poz verərək MHP-nin simvolu hesab edilən bozqurd işarəsi göstərməyə çalışıb. Lakin onun bu cəhdi uğurlu alınmayıb. Partiya tərəfdarları barmaqlarını bozqurd formasında tutsalar da, İhsanoğlu onlardan fərqli olaraq satanistlərə məxsus “El Diablo” (Şeytan buynuzu) işarəsini göstərib. Onun bu hərəkəti mətbuatın diqqətini çəkib və ünvanına bir sıra tənqidi yazılar yazılıb.
Onu da qeyd edək ki, sözügedən “El Diablo” işarəsi bəzi rokerlər, müğənnilər tərəfindən də işlənilir və digər mənası isə “Mən size sevirəm” deməkdir.
Mənbə:> ANSPRESS