Fransada girov götürülənlər azad edildi
Tuluz yaxınlığındakı Blanyakda bar-tütün satış məntəqəsində götürülən girovlar azad edilib.
Bildirilir ki, girovlar satış məntəqəsinin müdiri, onun qızı və işçiləri olub.
Girov götürən 17 yaşlı gəncin heç bir tələbi yoxdur. O, silahlı olduğundan hələ də satış məntəqəsində qalmaqdadır. Yannis adlanan bu gənc özünü “sarı jiletlər”in döyüşçüsü kimi təqdim edir. O, əvvəllər zorakılığa, oğurluğa görə polis tərəfindən saxlanılıb.
**23:37(07.05.2019)
Tuluz şəhərinin şimal-qərbində yerləşən Blanyak kommunasında bar-tütün satış məntəqəsində girov götürülən 6 nəfərdən 2-si azad edilib.
Girov götürən şəxs Blanyakın 17 yaşlı sakinidir. Hazırda 4 girov qadının azad edilməsi üçün əməliyyat aparılır.
* * *21:32
Fransada naməlum silahlı şəxs 5 nəfəri girov götürüb.
Virtualaz.org yerli La Depeche nəşrinə istinadən bildirir ki, hadisə Tuluz şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında qeydə alınıb.
Məlumatda deyilir ki, girov götürən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açacağı ilə hədələyir. Həmin şəxs danışıqlar aparmağa nümayəndə gəlməyəcəyi və mühasirənin götürülməyəcəyi təqdirdə, girovları öldürəcəyini bildirib.
Hadisə yerinə elit polis bölməsi cəlb olunub. Şahidlər iki atəş səsinin eşidildiyini bildirirlər.
Mənbə:> Virtualaz.org