Şri-Lankada niqab qadağan olundu

Şri-Lankada terror hücumlarından sonra müsəlman qadınlara niqab geyinmək qadağan edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabneti qərar qəbul edib.
Qərara əsasən, Şri-Lanka ərazisində üzü əhatə edən və təhlükəsizlik riski yaradan geyimlərin geyinilməsi rəsmi şəkildə qadağan olunub.
Mənbə: Virtualaz.org