Türkiyə şəhidlərin qanını yerdə qoymadı: 20 terrorçu öldürüldü
Türkiyə-İraq sərhədində davam edən əməliyyat zamanı 20 terrorçu öldürülüb.
“Haber7” portalı xəbər verir ki, bununla bağlı məlumat bu gün həmin əməliyyatlarda şəhid olan dörd türk əsgərinin dəfn mərasimində verilib.
Hadisə zamanı yaralanan altı əsgərin vəziyyətinin yaxşı olduğu bildirilib.
İnsidentdən sonra Türkiyə milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər İraqla sərhədə yola düşüblər.
Mənbə:> Oxu.Az