Donald Tramp onuncu dəfə baba olacaq

ABŞ Prezidenti Donald Trampın onuncu dəfə baba olacaq.
RİA Novosti xəbər verir ki, Donald Trampın oğlu Erik və onun həyat yoldaşı Laranın avqust ayında ikinci övladları doğulacaq.
2017-ci ilin sentyabrında cütlüyün bir oğlu olmuşdu. Buna qədər Ağ evi rəhbərinin 8 nəvəsi var idi. Onlardan 5-i prezidentin kiçik oğul Trampın, 3-ü isə qızı İvankanın övladıdır.
“Lara və mən sevinirik, avqust ayında ailəmizin daha bur üzvü dünyaya gələcək! Lyuk çox gözəl böyük qardaş olacaq”, - deyə prezidentin oğlu özünün “Twitter” səhifəsində yazıb.
Mənbə: Oxu.Az