Pompeo Azərbaycan xalqını təbrik etdi
ABŞ- dövlət katibi Mayk Pompeo azərbaycan xalqını baharın gəlişi və Novruz bayramı münasibətilə təbrik edib.
Bu haqda ABŞ dövlət departamentinin rəsmi səhifəsində Pompeonun bəyanatı dərc olunub.
“Mən baharın və Yeni ilin gəlişi ilə bağlı bu qədim ənənəni bayram edən hər kəsi, o cümlədən Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Özbəkistanda yaşayan xalqları, kürdləri, sadalanan ölkələrin Birləşmiş Ştatlardakı icmalarını Novruz bayramı münasibətilə təbrik edirəm”, - deyə bəyanatda qeyd olunur.
Pompeo bildirib ki, Novruz bayramı minilliklər boyunca çoxsaylı xalqların və icmaların mədəni-irsi “təməl daşı” olub.
“Novruz bayramı ailələri və dostları bir araya gətirir, onlar keçmişi yad edib, gələcəyi bayram edirlər. Novruz insanların sevdiklərinə, uzaq və yaxın qohumlarına qovuşması vaxtıdır”, - deyə Pompeo əlavə edib.
Mənbə:> Oxu.Az