ABŞ kəşfiyyatının rəhbəri: “Çinlə Rusiya bizə qarşı birləşəcək”
Rusiya ilə Çin birləşərək, Amerikanın həyata keçirdiyi siyasətə qarşı çıxmaq məqsədilə əməkdaşlıq edəcəklər.
Bunu ABŞ-ın milli kəşfiyyat direktoru Deniel Kouts Senatdakı dinləmələrdə deyib.
“Çinlə Rusiya ABŞ və onun müttəfiqlərinə qarşı genişmiqyaslı iqtisadi, siyasi, əks-kəşfiyyat, hərbi və diplomatik çağırışlar yaradacaqlar. Liberal inkişaf modelinə münasibətdə bir neçə ölkədə artan şübhələrdən yararlanaraq, onlar ABŞ-ın məqsədlərinə müqavimət göstərmək üçün birgə əməkdaşlıq edəcəklər. Çin və Rusiya öz xeyirləri üçün münasib qlobal qayda və standartlar formalaşdırmaqla ABŞ-la digər Qərb ölkələrinə qarşı əks-balansa çevrilmək üçün beynəlxalq təşkilatlar vasitəsilə bir-biri ilə əməkdaşlığı genişləndirir”, - deyə Kouts vurğulayıb.
Mənbə:> Virtualaz.org