Gürcüstan XİN ölkə vətəndaşlarına Liviyaya getməyi məsləhət görmür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Gürcüstan XİN ölkə vətəndaşlarına Liviyaya getməyi məsləhət görmür

Gürcüstan XİN ölkə vətəndaşlarına Liviyaya getməyi məsləhət görmür

Gürcüstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək onları Liviyaya getməkdən imtina etməyə çağırıb. Bu barədə nazirliyin saytında məlumat yayılıb.

Nazirliyin vətəndaşlara xəbərdarlığında deyilir ki, Liviyada yaranmış gərgin vəziyyət insanların təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Gürcüstan XİN məlum səbəblərdən Liviyada olan vətəndaşlarına hələlik heç bir kömək göstərə bilmir.

Qeyd edək ki, Gürcüstandan olan 22 yaşlı dənizçi David Razmadze yanvarın 16-da Liviyada itkin düşüb. Yanvarın 21-də dənizçinin cəsədi limana yaxın ərazidən tapılıb. İlkin ehtimallara görə D.Razmadzeni öldürüblər.

Dənizçinin cəsədi ekspertizada olduğu üçün hələlik Gürcüstana gətirilməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *